Azərbaycan milli rəqsləri
Azərbaycanda
xalq rəqs sənətinin yaranması və formalaşması
prosesə öz kökləriylə qədim dövlərə
gedib-çıxır. Ilk rəqslər ritual və
ov rəqsləri olub. Qayaüstü rəsmlər
qorunub-saxlanmışdır: “Ov səhnəsi”,
“Rəqs edən insanlar qrupunun silueti”, qədim
xorovodu xatırladan yallı (e.ə. V-III minilliklər,
Qobustan). Uzaq keçmişdən həmçinin
günümüzədək kütləvi mərasim
rəqsləri – “Səməni”, “Xıdır İlyas”,
“Kosa-kosa”, “Qodu-qodu” və s. gəlib çıxmışdır.
“Səməni” mərasimi yazın gəlməsi
və təbiətin anlamasına həsr olunur.
Bu mərasim-oyunun ideyasını 2 qüvvənin
– sərt qışın və gənc baharın
mübarizəsi təşkil edir. Bu oyunda qışı
“kosa” təmsil edir ki, mə”nası “saqqalsız”
deməkdir. Oyunun o biri personaji – “keçi” baharın
rəmzi kimi çıxış edir. Daha bir mərasim
“Qodu”dur ki, o, kənd təsərrüfatında
məhsula sehrli təsir ideyasını özündə
əks etdirir. Bu, günəşi çağırış
ayinidir.
Erkən orta əsrlər dövründə bu
mərasim rəqslərindən müxtəlif
növ xalq rəqsləri formalaşır. Knyazların
və Azərbaycan hakimlərinin saraylarında
rəqqasələrinin yüksək məharəti
ilə şöhrət tapmış rəqs ansamblları
mövcüd idi. Azərbaycan xalq rəqsləri
mövzü baxımından rəngarəngdir;
onlar bu növlərə bölünür - əmək
(“çobanı”), mərasim (ritual, təqvim, toy),
məişət (“mirzəi”, “turacı”), gəhrəmanlıq
hərbi (“cəngi” – “döyüş”), idman (“zorxana”),
xorovod-oyun (“yallı”, “halay”) və s. Davametmə
müddətinə, rituallarının zənginliyi
və rəngarəngliyinə görə toy mərasimi
ən əhəmiyyətlisidir. Qədimdə yaranmış
və uzun müddət ərzində təkmilləşərək,
toy mərasimi özündə söz, musiqi və
rəqs sənıtinin elementlərini birləşdirən
mərasim kimi formalaşmışdır.
Xalq nağılları, əfsanələri, “Dədə
Qorqud”, “Koroğlu” dastanlarından toy mərasimin
erkən formaları haqqında maraqlı mühakimələr,
mə”lumatlar əxz etmək mümkündür.
Nizaminin və keçmiş dövrün digər
şairlərinin əsərlərində toy mərasimləri
haqqında çoxlu maraqlı mülahizələr
var.
Çox zaman toyda mahnı və rəqs bir-birindən
ayrılmazdır (rəqs edərək oxuyurlar,
oxuyaraq rəqs edirlər). Toy mahnılarının
səciyyəvi oynaqritmik əsası buradan irəli
gəlir ki, bu ritm melodiyanın inkişafını
özünə tabe etmiş olur. Mahnının
oynaq olmasından həm də tərtibatin formalaşma
prinsipi – dəqiq və yeniləşən təkrarlanma
asılıdır. Daha məşhur rəqslər
: “tərəkəmə” – köçərilər,
“qıtqılıda” – xorovod qadın, “innabi”- ümumi
toylar, qız toylarında qadın və qızların
etdiyi rəqs, “ceyran-balla”, “yallı” və s.
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən
ibarətdir: birinci hissə sürətlidir, dairə
üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas
sanki yerində donub qalır (“süzür”),
korpus
qəti və vüqarlı tərzdə dik tutulur;
uçüncü hissədə - yenə dairə
üzrə rəqs, sür”ətli, təntənəli
və böyük emosional coşğunluqla səciyyəvi
olur. Qadın və kişi rəqsləri bir-birindən
kəskin şəkildə fərqlənir. Qadın
rəqsinin inkişafı kostyumla şərtlənmişdir:
uzun yubka ayaqların süzgün hərəkətini
müəyyənləşdirirdi, rəqqasələrin
bütün diqqəti əl və korpusun yuxarı
hissəsinin (çiyinlər, baş, üzün
mimikası və s.) işlənmiş texnikasına
cəmlənir. Kişi rəqsinin əsas əlaməti
isə ayaqların texnikasıdır. Rəqqas
çevikliklə barmaqları üzərində
dayanır (“qazaxı” rəqsi), sür”ətli
dizləri üstündə yerə enir və s.
Azərbaycan rəqqslərinin musiqi həcmi – 6/8
və 3/4 –dür. Rəqslər adətən xalq
çalğı alətlərinin: zurnaçılar
triosu (2 zurna və 1 nağara), sazanda triosu (tar,
kamança, dəf) və s. müşayiəti
ilə ifa olunur.