Baş geyimləri.
Qadınların baş geyimləri rənginə,
gözəlliyinə və rəngarəngliyinə
görə olduqca cəlbədici və maraqlı
idi. Bura ipək kəlağayilar, çalmalar, nar-nazı,
təsək, ləçək, örpək, çadra
və s. daxil idi.
Baş geyimlərinin geniş yayılmış
növlərindən biri ipək yaylıq-kəlağayi
idi. Qeyd etmək lazımdı ki, onun örtülməsində
yaş və sosial fərglər mövcüd idi:
yaşlı qadınlar – ağ, bej (açıq sarı-qəhvəyi),
açıq mavi rəngli kəlağayi örtürdü.
Kəlağayıları müxtəlif cür bağlayırdılar.
Digər qadın baş geyimi təsək (onu qadın
papağı adlandırırdılar) idi. Təsəyi
bəzəyən naxışın növündən
asılı olaraq onun müxtəlif adları mövcüd
idi: mirvari papaq, qızıl papaq, ayulduz. Təsəyin
bir neçə funksiyası vardı: saç, düzümünü
qoruyub – saxlamaq, saçları yad gözlərdən
gizlətmək, əsas tə”yinatı isə ondan
ibarət idi ki, üstdən bağlanmış
ipək yaylıq sürüşməsin. Həm
təsək, həm də yaylıqlar bəzənidilirdi.
Onların üzərinə mirvari, möhürlənmiş
fiqurşəkilli qızıl mişanlar düzür
və ya qızılı tikməli naxışla
bəzəyirdilər. Yaşlı qadınlar təsəyin
kənarlarını çox zaman bafta və ya güləbətinlə
bəzəyirdilər. Təsəyin üstündən
böyük ipək və ya pambıq yaylığın
bir ucunu sallayıb qalan uclarını arxada düyünləyirdilər.
Qadın geyiminin elementlərindən biri də xüsusi
baş sarğısı – çutqu idi ki, tündrəngli
parçadan (qara və ya tünd göy sətin,
atlas, çitdən və s.) tikilirdi. O, hər iki
tərəfdən açıq, ensiz örtü şəklində
tikilirdi. Çutqunu başın ətrafında (eyni
zamanda alnı da örtərək) ensiz lent şəklində
bağlayırdılar. Çutquyla saçları
və ya hörükləri yığaraq onları
arxadan sallayırdılar. Belə ev və çöl
işləri zamanı rahat olurdu. Beləliklə,
çutqu həm gigiyenik, həm də utilitar əhəmiyyət
daşıyırdı. Çutqunun üstündən,
bir qayda olaraq, yaylıq ya da ipək və ya pambıq
örtüklər (çarşab, örpək, şal
və s.) örtürdülər. Çutqu Azərbaycanda
XX əsrin 40-ci illərinədək mövcüd
olmuşdur.
Cəmiyyətin zəngin zümrələri arasında
naz-nazı və qaz-qazı (xalq terminologiyası)
kimi təntənəli günlərdə taxılan
baş geyimləri geniş yayışmışdı
ki, onlarda qış vaxtı başı bağlayırdılar
və ya çiynin üzərinə sallayırdılar.
(Onlar isti üst qış geyimini əvəz edirdi).
[Azərbaycanda keçmişdə, indi olduqu kimi,
bə”zi ucqar yerlərdə palto geyinmirdilər.
Üst geyimini yerli və ya fabrik istehsal olan yun şallar
əvəz edirdi]. Şallar fabrik istehsalı idi.
Çalma və dingə haqqında bir neçə
söz. Digər baş geyimləri ilə müqayisədə
onlar daha az yayılmışdı. Belə ki, onların
bağlanması qadınların çox vaxtını
alırdı. Çalmanı başa bağlanmış
yaylığa və ya araqçına sarıyırdılar.
Çalmanın üstündən bir yaylıq da
örtürdülər. Bə”zi regionlarda çalma
başda xüsusi sancaqlarla bərkidilirdi. Yalnız
Şirvanda çalmanın sarınmasının bir
neçə üsulu mə”lum idi. Dingənin bağlanması
üçün şaldan istifadə olunurdu. Dingə
çalmadan daha mürrəkkəb baş geyimi idi.
O da çalma kimi başda sancaqla bərkidilirdi.
Qadın baş geyimin ən sadə elementi ləçək
(düzbucaq və ya üçbucaqşəkilli yaylıq)
idi. Ləçəyi ev işləri zamanı, eləcə
də başa xına qoyanda bağlayırdılar.
Şəhərlərdə qadınlar evdən çıxarkən
bütün bədəni örtən çadra geyirdilər.
Kəndli qadınlar çadranı çox nadir hallarda,
yalnız hərdən kənddən uzaq məsafəyə
gedəndə örtürdülər. Adətən
baş üçün yaylıqla (yaşmaq) ağız
və burnun bir hissəsini örtməklə kifayətlənirdilər.
Varlı qadınlar atlas, kasıblar isə sətin,
bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça)
müxtəlif çalarda çadralar örtürdülər.
Çadrayla yanaşı, şəhərlərdə
qadınlar hərdən üzlərini göz üçün
krujevalı torla örtürdülər.
Azərbaycanlılarda papaq cəsarət, ləyaqət
və şərəf rəmzi hesab olunurdu. Onu itirmək
böyük rüsvayçılıq hesab edilirdi.
Kiminsə papağının oğurlanması onun
sahibinə qarşı düşmən hücümü
kimi qiymətləndirilirdi. Kişinin başından
papağı vurub salmaq onu və onun bütün
nəslini təhqir etmək demək idi. Papaq və
onun formasına görə onun daşıyıcısının
sosial vəziyyətini müəyyənləşdirmək
olardı. Kişilər istənilən halda papağı
başlarından çıxarmırdılar (hətta
yemək yeyərkən), namazdan əvvəl dəstəmaz
zaman istisna olmaqla. Ictimai yerlərdə baş geyimi
olmadan görünmək rüsvayçılıq
hesab olunurdu.
Kişilərin əsas baş geyimi qoyun xəzi
və ya qaragüldən hazırlanan papaqlar idi.
Onların müxtəlif formaları və yerli adları
mövcüd idi. XIX əsrin sonlarına aid müəlliflərdən
biri papağın hazırlanması prosesini belə
təsvir edir: “Əvvəlcə, dərini tikib ona
papaq forması verilir, sonra onun tərs üzünü
çevirirlər və papağı yumşaq etmək
üçün onun çılpaq üzünə
pambıq və ya kalka sərirlər. Pambıq və
ya kalkanın üzərinə bir vərəq şəkər
kağızı qoyurlar, nəticədə papaq
ona verilmiş formanı saxlayır; əlbəttə,
şəkər vərəqi papağın formasına
və böyüklüyünə görə kəsilir.
Sonra şəkər vərəqinin üstündən
hər hansı bir parçadan astar tikilir və papaq
tüklü üzünə çevrilir. Hazır
papağa su sıçradaraq 4-5 dəqiqə ərzində
üzərində yüngülcə çubuq gəzdirirlər;
bu zaman papağı sol ələ taxılmış
vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa
papaq üçün xüsusi qəlibə taxılır.
Bununla da, papağın hazırlanması bitir”. Sankt-Peterburqda
kolleksiyalarında, Torainskayanın yazdığına
görə, 4 növ papaq qorunub-saxlanılır:
konus və kəsilmiş konus şəklində;
içi yastı mahud parçadan olan dairə şəklində;
bir tərəfi içəri batmış konus formasında
papaq; itiuclu təpəzi və göy sətindən
sütün cuğu olan xəz papar. Ən sadə
və geniş yayılmış ən”ənəvi
papaqlar motal və ya çoban papaqları idi. Onları
uzuntüklü qoyun dərisindən hazırlayırdılar,
onlar konus formasında olurdu. Motal papağı əsasən
kənd əhalidinin yoxsul təbəqələri
taxırdılar. “Şiş papaqları” və ya
“bəy papaqlarını” konus şəklində
və ya iti uclu hazırlayırdılar. Onların
tikildikləri materialın adına görə ümumi
adları var idi: - buxara papaq, belə ki, bu papaqlar
üçün dərini Buxaradan gətirirdilər.
Onları yalnız bəy zümrəsinin nümayəndələri
və həmçinin varlı adamlar taxırdı.
Belə papaqlar həm də şəhər aristokratiyası
üçün də xarakterik idi.
Qarabağda parça üzlü papaq “yappa papaq” (və
ya “qara papaq”) kimi tanınırdı. Belə papaqlar
rənginə görə də seçilirdi – qızıl
papaq və gümüş papaq. Nuxa qəzasında
papaq daqqa (taqqa) papaq adlanırdı və onun üzü
məxmərdən tikilirdi.
Azərbaycanda baş geyimlərinin həm də
aşağıdakı növləri mövcüd
idi: başlıq, araqçın, təsək, təskulax,
əmmamə (çalma) və b.
Başlıq (baş üçün olan hissə)
və uzun dəyirmi kənarlardan ibarət idi, onlar
adətən boynun ətrafına dolanırdı.
Qışda mahud və yun başlıq taxırdılar.
Şirvanda dəvə yunundan olan başlıqlara
xüsusi dəyər verilirdi. Başlığın
astarı rəngli ipək parçadan tikilirdi, çünki
başlığın qulaqcıqları çiyinlərin
arxasına atılanda astar görünürdü.
Adətən başlıq yapıncını müsayiət
edirdi.
Araqçın və təskulax sərbəst baş
qeyimləri deyildi, onları digər baş geyimləriylə
birqə taxırdılar (papaq, çalma). Onlar azərbaycanlıların
hələ orta əsrlərdə geniş yayılmış
tipik ən”ənəvi baş geyimləri idi. Araqçınlar
müxtəlif növ parçalardan mütləq
bir rəng astarda başı əhatə edən
dəyirmişəkilli formada tikilirdi. Araqçını
kənddən kənarda papaqsız taxmaq ədəbsizlik
hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi.
Gündəlik ev həyatında araqçını
papaqsız da geymək olardı. Təskulaxa gəldikdə
isə, onu yaşlı adamlar gecə taxırdılar.
Rühani şəxslər arasında (molla, seyid,
şeyx və b.) türban-əmmamə (çalma
növü) baş güyimi qalırdı. Azərbaycanda
ağ türban geniş yayılmışdı.
Ali ruhani təbəqəsi yaşıl əmmamə
geyirdi.
Azərbaycan kişiləri saqqal və bığ
saxlayırdı, belə ki, yaşlı nəsil
uzun saqqal saxlayırdı, gənclər isə saqqalını
qırxırdılar (bu xətt adlanırdı).
Bə”zi kişilər ancaq bığ saxlayırdı.
Bığ və saqqala, xüsusən varlı ailərdə,
mütəmadi olaraq qulluq edirdilər. Şəhərlərdə
kişilər bığa sürtmək üçün
xüsusi kremdən (bığ yağı) istifadə
edirdilər. Saqqal və bığ üçün
xüsusi daraqlar (saqqal darağı) mövcüd
idi.
O ki qaldı saç düzümünə, burda demək
olar ki, daha yaşlı kişilər adətən
saçlarını dibindən qırxırdılar.
Gənclər alından ənsəyədən başı
təpə hissəsini ensiz zolaq şəklində
qırxırdılar, yan tərəflərdə
saxladıqları saçlar isə qulaqların üzərinə
tellər şəklində sallanırdı. Bu saç
düzümü “yan birçək” (hərfi: “yan
tel”) adlanırdı. Kişi saç düzümlərindən
biri də “dal birçək” adlanırdı bu zaman
saçları alından ta əmgək (təpə)
hissəyədək qırxırdılar. Bə”zi
cavan kişilər başda bir dəstə (yığın)
saç (kəkil) saxlayırdı. Belə növ
saç düzümlərinə bütün Azərbaycanda
rast gəlmək olardı – eyni zamanda bir region daxilində.