| |
Azərbaycan
milli geyimləri
Azərbaycan
milli geyimləri xalqın maddi və mənəvi
mədəniyyətinin çox çətin və
uzun çəkən inkişaf gedişi nəticəsində
yaranmışdır. Geyim xalqın tarixilə çox
sıx əlaqədardır. Belə ki, xalqın
maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri
daha çox əks etdirir və xalqın sarsılmaz
etnik nişanələrinə aiddir. Xalqın etnik,
tarixi, xalq yaradıcılığının bədii
xüsusiyyətləri, onların müxtəlif
halda formalaşmaları, bədii bəzək naxışları,
toxuculuq xalq geyimində öz əksini tapmışdır.
Azərbaycan XVII–ci əsrdə yaxın Şərqin
ən böyük ipəkçilik ölkəsi kimi
tanınırdı və Şirvan əlayəti
Azərbaycanda ən iri ipəkçilik rayonu idi.
Bundan başqa Azərbaycanın Şamaxı, Basqal,
Gəncə, Şəki, Şuşa rayonlarında
da ipəkçilik istehsalı çox inkişaf etmişdir.
Bu rayonlarda ipəkdən çox qəşəng,
bəzəkli, naxışlı, zərif qadın
baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini
və yaşını əks etdirirdi. Subay qızların
geyimlərı evli qadınların geyimlərindən
fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng
geyinərdilər.
Kişi və qadın geyimlərı Azərbaycanın
bütün etnik, tarixi zonalarında eyni idi. Bununla
belə kişi geyimlərı geyimin yiyəsinin
sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük
geyimi ilə eyni idi və onlardan yalnız bəzi
xüsusiyyətləri və ölçüsü
ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX–cü əsrdə,
XX-ci əsrin əvvələrində alt və üst
geyimlərdən ibarət idi. Üst geyimi isə
öz növbəsində çiyinüstü və
bel geyimlərindən ibarət idi. Qadın çiyinüstü
geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən
ibarət idi. Üst köynəyinin düz biçimi,
çiyini tikişsiz və rəngbarəng qoltuqaltından
ibarət idi. Bu köynəklər əsasən
qanovuz və fay ipək parçalarındantikilirdi.
Çəpkən – çiyinüstü, astarlı
və yalançı qolları malik olan qadın üst
geyimidir. Bu geyim tirmədən, məxmərdən
və bir neçə növ ipək parçalarından
tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir.
Bu geyim sırıqlı astarda olur, tirmədən,
məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst
geyimidir. Bu geyim astarlı olur və tirmədən,
məxmərdən tikilirdi. Baharı – sırıqlı
astarda qadın çiyinüstü üst geyimidir.
Əsasən məxmərdən tikilirdi.
Kürdü – qadın üst geyimidir. Bu geyim tirmədən,
məxmərdən tikilirdi, xəz dəri və
sıx naxışlarla bəzənilirdi.
Eşmək – qadın sırıqlı üst geyimidir,
tirmədən və məxmərdən tikilirdi.
Bu geyimin yaxası, ətəyi və qolları safsar
xəzdərisilə, qızılı şəbəkə
torla və şəridlə bəzənilirdi. Qadın
bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan
və çaxçurdan ibarət idi. Şəhərlərdə
qadın evdən çıxanda tumanın üstündən
çaxçur geyərdilər.
Kişi milli üst geyimi – üst köynək, arxalıq,
qaba və çuxadan (çiyinüstü) ibarət
idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz,
kişmir, mahud, satin və başqa parçalardan
tikilirdi. Qaba – kişi çiyinüstü üst
geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa – içi tüklü qoyun dərisindən
tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü
baş geyimləri və ayaqqabılar da daxil idi.
Milli geyim dəstlərinə yerli zərgərlərin
yaratdığı zərgərlik məmulatları
da daxil idi. Qadın zərgərlik məmulatları
onların tədbiqinə uyğun olaraq, baş,
boyun, döş, bel, bilək hissələrinə
bölünür.
|