| |
Azərbaycan
xalçaları
Xalçaçılıq
Azərbaycan xalq-tətbiqi incəsənətinin
ən qədim və geniş yayılmış
növlərindən biri sayılır. İncəsənətinin
Azerbaycan xalqı tərəfindən sevilən bu
növü əsrlərlə nəsldən nəslə
qayğı ilə verilmişdir. Onun naxışlarının
dili, kaloriti hər kəsə yaxın və aydın
olmuşdur. Namə’lum sənətkarlar bədii
kamilliyi ilə indi də sevilən, təəcübləndirən
nadir xalçalar yaratmışlar.
Azərbaycan qadın ustalarının əlləri
ilə yaradılan gözəl xalçalar və
xalça mə’mulatları Sankt-Peterburqda Ermitaj, Londonda
Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə
Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük
muzeylərini, habelə Bakıda Azərbaycan xalçaları
muzeyini və Azərbaycan tarixi muzeylərini bəzəyir.
Tarixi mənbələrdə Azərbaycanda xalçaçılığın
yüksək inkişaflı, istehsalı və onların
müxtəlif ölkələrə çıxarılması
haqda çoxsaylı mə’mulatlar saxlanılmışdır.
X əsr məşhur ərəb tarixçiləri
Əbu Səfər Məhəmməd Təbəri
və Əl Müqəddəsi qeyd edirlər ki,
Azərbaycan şəhəri Bərdədə ğözəl
xalçalar istehsal edilirdi.
Dədə Qorqud qədim xalq eposunda (X-XII ə.)
xüsusilə rəngarəng azərbaycan xalçaları
tə’rif edilir. Habelə flamand səyyahı rahib
Rubruk (XIII ə.) və venesiyalı səyyahı
Marko Polo (XIII ə.) gözəl Azərbaycan xalçalarına
valeh olmuşlar.
Təsadüfi deyildir ki, XV əsrdən başlayaraq
Avropa rəssamları Hans Qolbeynik, Hans Memlinqin və
digərlərinin əsərlərində Azərbaycan
xalçaları təsvir edilmişdir.
İngilis səyyah Antoni Cenkinsonun (XVI ə.) və
holland dəniz səyyahı Yan Streysin (XVII ə.)
yazılarında da gözəl azərbaycan xalçaları
xatırlanmışdır.
Bu poçt açıqçaları komplektində
xalq sənətkarlarının əli ilə yerinə
yetirilən xalçaların nümunələri,
həmçinin peşəkər rəssamların
xalçaları təqdim edilmişdir.
Azərbaycan xalçaları hazırlanma texnologiyasına
görə xovlulara və xovsuzlara bölünür.
Xovlulardan daha çox qədim olan xovsuz xalçalar
özünəməxsus naxışı və
parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları
həm də xaqın gündəlik həyatı
və fəaliyyəti ilə bağlı olaraq “məişət
xalçaları” adlandırırlar. Bunlar palaz, kilim,
cicim, şəddə, vərni, zilli, sumaxdır
ki, onlar xalçaçılığın inkişafında
ilkin mərhələni təşkil edir. Bu mərhələdə
xalçalar bəsit üsulla əriş və arqac
saplarının bir-birinə keçirilməsi və
qıraqlarının toxumnası vasitəsilə
istehsal olunurdu.
Çoxsaylı kompozisiyalı sxəmlərdə
və zəngin ornamentli motivlərlə olan xovlu
xalçalar da xüsusi seçilirlər. Xovlu xalçalar
toxunma texnikasına görə daha mürəkkəbdir:
onlar “türkbaf” – saplarn bir-birimə düyünlənməsi
üsuluyla toxunurdu. Bu üsul naxışlar, rənglərin
və süjetlərin ahəngi üçün genış
imkanlar açır. Bütün ətraf aləmin
gözəlliyi, sənətkar məharəti və
ilhamını özündə birləşdirən
məhz bu xovlu xalçalar bu gün də müxtəlif
ölçülərdə toxunur: kiçikləri
– xalça, gəbə, namazlıq, taxtüstü,
döşənək və iriləri – dəst xalı,
gəbə. Hərəsinin öz yeri var. Bununla
yanaşı Azərbaycan xalçasının estetik
prinsipi “rəsmlərin” müstəvi həllində,
şəkillərin ritmikasında, mərkəzi
və köbə hissələrə bölmə
ənənəsində, elementlərin lakonik həndəsəsində
öz əksini tapmışdır. Və bütün
bunlar da, öz növbəsində, forma, motiv və
bədii ideya müxtəlifliyinə gorə seçilir.
Onların rəng palitrası göy qurşağının
bütün rənglərinə uyğundur. Xalçaların
adları əsasən istehsal edildiyi yerlər bağlı
olur. Dünya tərəfindən tanınmış
Azərbaycan xalçacılıq sənəti indiki
zamanda yeddi məktəbə bölünür: Bakı,
Gəncə, Qarabağ, Şirvan, Quba, Qazax, Təbriz.
Qubanın “Pirəbədil”, “Qımıl”, “Sirt-çiçi”
xalçaları zərif işləmələri
və xırda bitki rəsmləri, parlaq boyaların
sıx rəng qamması ilə insanı valeh edir.
Şirvanın “Muğan”, “Tabistan”, “Şilyan” xalçaları
isə daha çox ciddi ritm ideyası və sakit,
əzəmətli koloritlə zəngin qədim
kompozisiyalara meyllidir. Qarabağın “Xanlıq”,
“Malıbəyli”, “Lyampa” xalçaları özündə
peşəkar kompozisiya, yaradıcı təxəyyül,
rəngarəng koloriti əks etdirir. Bakının
“Hili-buta“, “Novxanı”, “Fatmayi” xalçaları isə
zərif resmləri və mürəkkəb ornamenti
ilə diqqəti cəlb edir. Gəncə və
Qazaxın qabayunlu, məxmər çalarlı “Fəhralı”,
“Şıxlı” və “Borçalı” xalçaları
sadələşdirilmiş üslubda iri həndəsi
cərgələrlə, Təbrizin «Sarabi”, “Əfşan”,
“Ləçək-turunc” xalçaları dekorativ hörmə
naxışlar, dünyanın əbədi harmonik
obrazını yaradan dairəvi və spiralşəkilli
bəzəklərlə zəngindir.
Azərbaycanın süjetli xalçaları ornamentli
məmulatlardan daha qədim tarixçəyə malikdir.
Onların mövzusu həyatın özündən
götürülmüş, gözəl təbiətlə
rövnəqləndirilmiş və quruluş, məişət,
ənənələr, sosial-tarixi proseslərlə
sıx bağlı olmuşdur. Bu növ xalçaların
“məzmunu” əsrlər boyu yazılmış romanların
süjetləri qədər rəngarəngdir. Öz
mənşəyinə görə ən qədim
motiv və obraz “ovçuluq”dur. Ov xalçaları
Azərbaycanın dekorativ sənətində daha
davamlı yer tutur. Şərq klassik ədəbiyyatının
ənənəvi motivləri ilə zəngin xalçalar
da məşhurdur ki. bu motivlərdən bu günədək
ən çox seviləni Azərbaycanın dahi şairi
və mütəfəkkiri Nizami Gəncəvinin
əsərlərindən bəhrələnmiş
mövzular və süjetlərdir.
|
|