İnanclar
***
Anası, qızı və özü dul olan qadının
maşasını və ocaq daşını suya
salsan yağış yağar.
***
Atasına oxşayan qız xoşbəxt olar.
***
Adamın boğazı göynəyəndə
pay yeyərlər.
***
Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz,
toxum səpilməz.
***
Ayağa süpürgə dəyəndə evə
dava düşər.
***
Ay tutulanda tüfəng atarlar.
***
Ayı barmaqla göstərməzlər.
***
Ay çıxanda onu görənin işi uğurlu
olar.
***
Aya qarşı gərnəşənin sağlamlığı
olmaz.
***
Ay işığı düşən qapının
üstünə çirkli su atan adamın axırı
yaxşı olmaz.
***
Ayaqının altı qaşınanda səfərə
çıxmalı olarsan.
***
Ayaqqabıların qapıda bir-birindən aralı
dayanıbsa, deməli əziz adamlarından ayrı
düşərsən.
***
At təngiyib yol getmirsə, deməli qəzə
gözləyir.
***
Atı satanda yüyən və noxtasını
verməzlər.
***
Axşam ev süpürməzlər ki, evin rusuzu
gedər.
***
Axşam güzgüyə baxmazlar.
***
Axır çərşənbə günü və
yaxud bayram axşamı küsülü olsan, yeddi
il barışmazsan.
***
Adətən, heyva ağacının budaqlarından
qırıb uşaqların qoluna bağlayarlar
ki, göz-nəzərdən uzaq olsun.
***
Axşam yerə isti su atmazlar.
***
Adətən, çoxdan gözlədiyin adamın
tez qayıtması üçün qapı ağzında
qayçı və ya bıçaq qoyarlar.
***
Axır çərşənbə gecəsi pis
danışmaq olmaz. Bu gecə adamın hər
əməli, davranışı dəyişir.
***
Ayağının baş barmağı böyük
olan adamın bəxti açıq olar.
***
Baltanı ağzı yuxarı qoysan yağıs
yağar.
***
Bayquş həyətdə ağaca qonanda ev sahibi
pis xəbər eşidər.
***
Bəy toyunda oynasa ucuzluq olar.
***
Bir iş dalınca getmək istəyəndə
qabağına boş qabla çıxsalar getdiyin
yerdən əliboş qayıdarsan.
***
Birinin başına cındır palaz atıb, üstünə
su töksən, yağış yağar.
***
Birinci gecə qonaq olduğun evdə yatıb yuxuda
kimi görsən, qismətin odur.
***
Biri digərinin ayağını tapdalayanda ayağı
tapdalanan da tapdalayanın ayağını tapdalamalıdır,
yoxsa əzizi ölər.
***
Bir qızı özünə bağlamaq istəsən
paltarından cırıb bir parçasını
qoltuğuna qoy.
***
Bıçaq yerə düşəndə kişi
qonaqı gələr.
***
Başlar toqquşunda yerə tüpürüb
deyərlər: “Başıma keçəl düşməsin”
***
Başmağı və ayaqqabını üst-üstə
qoysan, ya ağzı aşağı çevirilib
yatsan zərər çəkərsən.
***
Bayram günü çal oyna ki, ömrün şadlıqda
keçsin.
***
Bəhər üstə ağac kəsməzlər,
ağac yiyəsinə ziyan dəyər.
***
Bərk külək əsəndə ələk
və xəlbirin üstünü basdırırlar.
***
bətnində uşaq tərpənəndə
Aya və güzgüyə baxsan uşaq göyçək
olar.
***
Boğanaq olanda qızlar deyər ki, boğanaq,
tozanağını uzaq elə, sənə ərə
gedəcəyəm.
***
Boşqabı bulaşıq qoysan şərə
düşərsən.
***
Başmağı qayırtdırmağa cüt
verərlər, tək versən ərin (arvadın)
ölər.
***
Bayram günü təzə paltar geyən xoşbəxt
olar.
***
Bayram axşamı səməni goyub şam yandıranın
işi uğurlu olar.
***
Bayram axşamı yandırılan şamlar ailədəki
adamların sayına bərəbər olmalıdır.
Hərə özünə bir şam seçir.
Hansı şam gec sönsə onun sahibinin ömrü
o birilərdən uzun olar.
***
Bayram axşamı ilk dəfə kim evə gələrsə
ondan bir söz soruşurlar, əgər cavabı
səni qane edərsə deməli, təzə
ilin uğurlu olacaq, əgər qane etməzsə
ilin uğursuz olacaq.
***
Bazar ertəsi ağır gün hesab edilir.
***
Başqasından soğan aldıqda onu ələ
götürməzlər, ətəyə qoyarlar.
***
Boyunun dalında ət xal olan adam dövlətli
olacaq.
***
Burun qaşınanda xiffət olacaq.
***
Boşqabı yemək yedikdən sonra təmiz
sıyırsan, nişanlın göyçək
olar.
***
Vələsdən beşik düzəltməzlər.
***
Vələsdən qəbir taxtası qoymazlar.
***
Qabaq dişləri iri olan adam xoşbəxt olar.
***
Qabağından qara pişik keçşə getdiyin
işdən boş qayıdarsan.
***
Qapını əllə daraqlamazlar, bədbəxtlik
olar.
***
Qapıda ayaqqabıları saysan ailədə ölü
düşər.
***
Qaranquş yuvasını dağıtmazlar.
***
Qaranquş aşağıdan uçanda yağın
yağar.
***
Qaranquş yuva quran həyətdə həmişə
şadlıq olar.
***
Qarğa çox olanda qış sərt keçər.
***
Qarğa qarıldayanda bəd xəbər eşidərsən.
***
Qayçının ağzını açıq
qoymazlar, yoxsa düşmənlərinin ağzını
açmış olarsan.
***
Qatıq və çörək deyir: “Məni isti-isti
kəsmə”
***
Qaşları bitişik olan qohumla evlənər.
***
Qazan dibi qaşıyanın toyunda qar yağar.
***
Qoz ağacının altında yatmazlar.
***
Qonşuda dırnaq kəsməzlər.
***
Qız saçını hörərkən saçının
kiçik bir hissəsi hörükdən kənarda
qalarsa, deməli evə qonaq gələcək,
qıza elçilik ediləcək.
***
Qızın arxadan yanına vursan, paltarını
üç dəfə aşağı dart, yoxsa
əri onu istəməz.
***
Qəbristanlığı əl ilə göstərməzlər.
***
Qəbri əl ilə göstərəndə şəhadət
barmağını dişləyərlər.
***
Qurban kəsilən gün evdə iş görməzlər.
***
Qulağın cingildəyəndə, sözünü
danışırlar.
***
Qurbağanı öldürüb arxası üstə
çevirsən, leysan yağış yağar.
***
Dağdağan ağacını kəsmək xeyir
verməz.
***
Qulağı kiçik olan kişinin arvadı gözəl
olar.
***
Qulağı yekə olan adamın baxtı açıq
olar.
***
Qəbristalığa cüt gül apararlar.
***
Qulaq qaşınanda yağış yağar.
***
Qolları qucaqlayıb dayanmazlar.
***
Qapı ağzinda görüşməzlər.
***
Qoyunu saymaq nəhsdir.
***
Dağdağan odunu yandıran xəstələnər.
***
Dad edənin hayına yetməsən günaha batarsan.
***
Deyirlər pis yuxunu suya danışarlar.
***
Deyirlər Novruz axşamı ailənin bir üzvü
evdə olmasa o yeddi il bayramı ailəsindən
uzaqla keçirər.
***
Deyirlər təzə gəlinin ayağının
düşər-düşməzi olar.
***
Demək istədiyin sözü səndən qabaq
deyən çox yaşar.
***
Düyünü ayaq altına tökməzlər.
***
Deyirlər odun üstünə su tökməzlər.
Od sönsə, ocaq sönör.
***
Dırnağı küçəyə atmaq günah
hesab edilir.
***
Evə yarasa girəndə onu öldürərlər.
***
Evi biri süpürəndə yarımçıq
qalarsa başqası süpürməz, yoxsa birinci
süpürməyə başlayanın ömrü
yarımçıq qalar.
***
Evi süpürəndə ayağına süpürgə
dəysə, sözün ötməz.
***
Evdə sınıq qab saxlamazlar.
***
Eyni vaxtda bir dəsmalın uclarına əlini
silənlər çox keçməz ki, dalaşarlar.
***
Ehsan heyvanının kəllə-paçasını
ölü sahibi yeməz.
***
Evdən başqa yerə gül verməzlər.
***
Əri çox istiyən arvadın paltarı tikilən
zaman sap tez-tez qırılar.
***
Əldə qayçı oynadanda dava düşər.
***
Əli kağıza silməzlər.
***
Əlindən çörək düşəndə
sevinərsən.
***
Əncir ağacı altında yatmazlar.
***
Ənciri budamazlar.
***
Əncir ağacını kəsməzlər.
***
Əncir ağacının odununu yandıran xeyir
tapmaz.
***
Əyində paltar tikməzlər – şərə
düşərsən.
***
Əynində paltar tikəndə ağzına
bir ip götür ki, şərə düşməyəsən.
***
Əgər qızın ayağının baş
barmağı o biri barmaqlarından böyük
olsa, deməli ərə gedəndən sonra ərinin
hər bir sözünə itaət edəcəkdir.
Ikinci barmağı böyük olsa qız ərinin
üstündə hökmran olacaq.
***
Əgər yaxşı yuxu görmüsənsə
onu danışmaq olmaz. Çünki danışdıqda
yuxu yerinə yetməz.
***
Əli soyuq olan adamın ürəyi isti olar.
***
Zahı arvadın üstünə iynə-sancaq
sancarlar ki, bəd ruhlar ona xətər yetirməsin.
***
Ziyan çəkən qurban deyər.
***
Ziyana düşən evdən sədəqə
çıxararlar.
***
Zoğal ağacının altında yatmazlar.
***
Zoğal ağacını kəsməzlər.
***
Zoğal ağacını yandırmazlar.
***
Zifaf gecəsi qapını bağlamazlar.
***
Zifaf gecəsi bəy üstünə həmzəti
adam qoymazlar.
***
Zülfü hörərlər.
***
Zülfü üzə töküb gəzməzlər.
***
İti noxtasıynan verməzlər.
***
İt ulayanda ona çarıq atarlar.
***
İt yaylaqda ləhləyəndə dolu düşər.
***
İt kəlləsi asılmış həyət
bədməzərdən qorunar.
***
İt ulaması xeyir gətirməz.
***
İki qız dayanıbsa onların arasından
keçmə şərə düşərsən.
***
İstiot dağılanda dava düşər.
***
İlandan danışılanda ürəyində
nə arzu tutsan ona qovuşarsan.
***
İlğın ağacı ilə kimi vursan xəstələnər.
***
İlin axır çərşənbəsində
tezdən üzünü axar su ilə yuyan gözəlləşər.
***
İlin axır çərşənbəsində
qulaq falına çıxarlar.
***
Yaxın adamdan bal alanda əvəzində bir şey
verərlər.
***
Yataqda yuxu danışmazlar, düşər-düşməzi
olar.
***
Yarpız olan həyətdə ilan olmaz.
***
Yeni doğmuş Aya baxan adam o dəqiqə bir
bəzək şeyinə baxarsa, işi uğurlu
olar.
***
Yerə qaşıq düşəndə arvad
qonağı gələr.
***
Yoldan qayıtmazlar.
***
Yoldan qayıdanda, qayıtdığın yerdə
dayan və üç dəfə həmin yerə
tüpür.
***
Yuxuda toy görsən, yas olar.
***
Yuxuda ayaqqabı görəndə darlığa
düşərsən.
***
Yuxuda balıq gördükdə ələ pul
gələr.
***
Yuxuda ilan görmək yoldur.
***
Yuxuda qan görəndə qan qoxumların gələr.
***
Yuxuda qızıl görmək səsdir.
***
Yuxuda it dostdur.
***
Yuxuda ət görəndə əzizlərindən
bəd xəbər eşidərsən.
***
Yuxuda süfrə bərəkətdir.
***
Yuxuda diş çəkdirmək zərər gətirər.
***
Yuxuda dəniz, su görmək aydınlıqdır.
***
Yuxuda pul görmək səsdir.
***
Yuxuda uçanda, ata minəndə deyirlər, murada
yetərsən.
***
Yuxuda üzüm görmək göz yaşıdır.
***
Yuxuda gülmək, ağlamaq, ağlamaq isə
gülməkdir.
***
Yuxuda gördüyün adamın səni yuxuda
görməyini istəyirsənsə balışını
çevir.
***
Yuxuda qorxan adamın başının altına
bıçaq və ya qayçı qoyarlar.
***
Yola gedən adamın dalınca su atıb deyərlər
ki, bu su quruyuna kimi qayıt.
***
Yeni azad olmuş qadının yanına içərisində
su olan qabda üç yumurta qoyurlar ki, ona Yəsər
toxunmasın. Əgər yumurtalar çartlasa deməli
ona nəzər toxunub, əgər çartlamasa
nəzər toxunmayıb.
***
Yaxın adamdan yaylıq alanda əvəzinə
başqa şey verərlər. Yaylıq ayrılıqdır.
***
Yuxuda bir adamı öpmək xəyanət deməkdir.
***
Çörək yedikdə yemək süfrəyə
tökülərsə, qaynanan deyişgən olacaq.
***
Kişinin ayaqqabısı qapıda yan üstə
dayananda evə qonaq gələr.
***
Kitabı açıq qoyub yatmazlar, yaddaşsız
olarsan.
***
Körpə qorxmasın deyə başının
altına bıçaq qoyular.
***
Körpə uşağın əlinin üstündə
öpməzlər, dayısı kasıb olar.
***
Köçən gəlinin dalınca daş atarlar
ki, yeri möhkəm olsun.
***
Kürəklərinin arası qızışarsa
hardasa əziz adamın dara düşüb, sənin
köməyinə ehtiyacı var.
***
Kürən adamla yoldaşlıq eləmə.
***
Gəlin hamilə vaxtı dovşan əti yesə
uşağın ağzı mırıq olar.
***
Gecə dırnaq tutan ömründən kəsir.
***
Gecə vaxtı ev süpürmək həmin evə
kasıblıq, kədər və matəm gətirir.
***
Gəlin köçmüş qızı görməyə
gedəndə adətən ata evində qıza
məxsus nə varsa hamısını apararlar.
Ancaq ayaqqabından başqa. Əgər aparsalar
gəlinin ər evində yeri dar olar.
***
Gəlinin ayağı altında qab sındıranda
ayağı düşərgəli olar.
***
Gəlin gedən qız əlinə düyü
alıb rəfiqələrinin adını çəksə,
onların da baxtı açılar.
***
Gözün səyriyirsə əziz adamın səni
arzulayır.
***
Gözün yol çəkirsə, uzaqdan yaxın
adamın gələcək.
***
Gün tutulanda mis qabları döyəcləyərlər.
***
Gəlini qapıda əyləşdirib qucağına
oğlan uşağı verərlər ki, ilki
oğlan olsun.
***
Güzgünün sınması nə isə bir
bədbəxtlik olacağını göstərir.
***
Güclü yağış yağanda meşədə
çaqqal ulasa demək səhər gün çıxacaq.
***
Günəş tutulanda tügəng atarlar.
***
Gündüz güclü istidə tiyuqlar bir yerə
toplaşarsa, demək yağış yağacaq.
***
Güllə ilə ölmüş adamın qəbrindən
daş, torpaq götürüb suya salsan yağış
yağar.
***
Gecə ulduzların görünməsi gündüz
günəşli hava olacağını göstərir.
***
Göz dəyməsin deyə evdən üzərlik
asarlar.
***
Göz-nəzər dəyməsin deyə duzu adamın
başına üç dəfə fırladıb
oda və ya suya atarlar.
***
Gec danışan uşağa sərçə əti
yedirərlər ki, dili tez açılsın.
***
Lal axan sudan keçməzlər.
***
Lala gülməzlər.
***
Malı döyməzlər, ailəyə xəta
gələr.
***
Maşanı oynatmazlar, aclıq olar.
***
Mayanı alan adam özü geri qaytarmalıdır,
qaytarmasa deyirlər həmin adamın ruzusu kəsilər.
***
Meşəyə tək getməzlər.
***
Meşədən çinar kəsməzlər.
***
Mescidə ayaqqabı ilə girməzlər.
***
Mürgüləyəni səsləməzlər.
***
Müştüyü peşkəş etməzlər.
***
Müştərəyə yaman deməzlər,
qıtlıq olar.
***
Nabələd yola getməzlər.
***
Nanə əkməyin – düşər-düşməzi
olar.
***
Nal kəsəndə saymazlar, bədbəxtlik olar.
***
Namaz üstündən durmazlar.
***
***
Naşı adamla səfərə çıxmazlar.
***
Nahar üstə danışmazlar.
***
Nişan üzüyünü özgəyə
verməzlər.
***
Nişan üzüyünü girov qoymazlar.
***
Nişan gələn gün paltar yumazlar.
***
Nişan gələn gün oğlan evi xonçalardan
birinə qayçı qayar ki, oğlanın ağzı
kəsərli olsun.
***
Nənnini boş tərpətsən, uşaq ölər.
***
Nişana duz aparmazlar.
***
Nişanda dava salsan xeyir olmaz.
***
Nişan taxılanda qızın saçına qayınana
sığal çəksə, mehribançılıq
olar.
***
Ov ətindən qırxlı arvada verməzlər.
***
Ovcunun içi qaşınanda pul gələr.
***
Ovun başını kəsməsən də əti
hatal olar.
***
Oğurluq toxum bar verməz.
***
Oğurluq pulu kəbinli arvada versən, arvad kəbindən
düşər.
***
Oğurluq pulu hamilə qadına versən, doğulan
uşaq vələdüzna olar.
***
Ocaq yananda səslənirsə, demək kimsə
sözünü danışır.
***
Odunu binada saxlamazlar.
***
Özgə evin qayçısıyla dırnaq tutma,
gözləmədiyin pis hadisə olar.
***
Ölü qaldırılan yeri tez süpürməzlər
ki, təzədən pis hadisə olmasın.
***
Ölən adam gec can verəndə əlinə
torpaq və ya daş qoyarlar.
***
Ölən adam ağır can verəndə sinəsinə
güzgü qoyarlar.
***
Ölüdən danışılanda asqıran
adamın kürəyinə əl vurarlar.
***
Ölüsü düşən yeddi gün saçını
qırxdırmaz.
***
Ölüsü düşən yeddi gün başını
yumaz.
***
Payız və yaz yağımı bərəkət
gətirər.
***
Paltarı soyunub tərs qoyanda adamın işi
düz gətirər.
***
Paltarı tərs geyənin işi düz gətirməz.
***
Paltarı əyindən çıxarandan sonra düymələməzlər.
***
Papaqları bir yerdə, üst-üstə assan
çox evlənərsən.
***
Pis yuxu görəndə pəncərənin qırağına
pul qoyarlar.
***
Pulu qapı ağzında verməzlər.
***
Pişiyi öldürən xeyir tapmaz.
***
Pişik əl-üzünü yalayarsa, qonaq gələcəyinə
inanılır.
***
Payızda yarpaqlar tez tökülsə, deyarlər
bu qış sərt keçəcək.
***
Rast gəldiyin adamın yanından salamsız keçməzlər.
***
Sayıqlayan adamı oyatmazlar.
***
Sağ yanağın və sağ qulağın
qızarıbsa demək xeyrinə danışırlar,
sol yanağın və sol qulağın qızarıbsa
demək qeybətini edirlər.
***
Saçı kürəyə atmazlar, bəxtin bağlanar.
***
Saçının tükü yumşaq adamın
xasiyyəti də yumşaq olar.
***
Saçından tel ayrılıb üzünə
düşsə qonağın gələr.
***
Sınıq qabda xörək yeyən şərə
düşər.
***
Stolun üstünü sildiyin silgi yerə düşərsə,
qonağın gələr.
***
Stolun üstünə boş nimçə, stəkan
qoymaq yaxşı deyil.
***
Stolun üstünü kağızla silsən kasıblıq
olar.
***
Stolun üsütünü əl ilə təmizləyənin
qayınanası deyingən olar.
***
Səhər duranda boş qaba baxmaq uğur gətirməz.
***
Səhər-səhər yuxu danışmazlar,
düşər-düsməzi olar.
***
Səhər sol ayağı üstə duranda işin
uğur gətirməz.
***
Suyun dağılması aydınlıqdır.
***
Su içən adamı qəfildən vurmazlar.
***
Süfrə üstə gələni qayınanası
çox istər.
***
Süfrədə qablar sıra ilə düzüləndə
qonaq gələr.
***
Süfrədə çörək ovulsa, qonaq gələr.
***
Süfrəyə duz dağılanda evə dava
düşür.
***
Süpürgə yandıranda yağış
yağar.
***
Stəkanda çay çöpü dik dayananda qonaq
gələr.
***
Səpinə başlayanda buğda qovurmazlar, qıtlıq
olar.
***
Səpinə başlayanda yarma bişirərlər.
***
Səhər tezdən qarşına boş vedrə
çıxarsa, işin düz gətirməz.
***
Taxıl çuvalının üstündə oturmazlar,
bərəkətsiz olar.
***
Təzə doğan qadına üç gün
qulaq verərlər, onu tək buraxmazlar.
***
Təzə paltarın ilkini özgəyə verməzlər.
***
Təzə evə köçəndə qayqanaq
bişirərlər.
***
Təzə çıxan ayı görən pul
kisəsini tər


