Yas mərəsimi
Ölüdüşən
gündən başlayaraq bəzi yerlərdə
üç gün ərzində həmən evə
bütün qohum - əqraba, yaxın – tanış
biliş və qohum qonşu yas çörəyi
gətirirlər, buna acı çörək də
deyirlər. Bundan əlavə kimi qənd, kimi çay,
kimi düyü gətirir, kimi də pul verir. Lakin
kömək üçün nə gətirilirsə,
yalnız tək sayda gətirilir. Əgər müəyyən
şəxs qənd aparırsa, ya 1 kiloqram, ya da
ki, 3 kiloqram aparmalıdır və yaxud da ki, pul
verən adam ya onbir, ön üç, əlli üç
və s. bu formada kömək göstərilir.
Deməli üç gün adam ölən evdə
qazan qaynamamalı, xörək bişməməlidir.
Sonra üçüncü gün onun üçü
verilir ki, bu ehsanda da əsasən qəbirqazanlar
və yaxın qonum – qonşular iştirak edirlər.
Qırxı tamam olana kimi hər cümə axşamı
quran oxunur. Cümə axşamları hüzr yerinə
gələnlər yenə də kömək naminə
çay, qənd və pul gətirirlər.
Dördüncü gün ölən adamın
paltarları, yatdığı yorğan – döşək
yuyulub təmizlənir. Ölənə yaxın
qohumları qırx gün yas saxlayırlar. Heç
bir toya, şadlığa getmirlər.
Həftə tamam olanda onun yeddisini verirlər. Yeddi
veriləndə mütləq bir heyvan kəsilir,
müəyyən xörəklər hazırlanır.
Yemək yiyilib qurtarandan sonra molla ölən adamın
ruhu üçün quran oxuyur. Lakin bəzəndə
mal və yaxud qoyun kəsilmir, əvəzində
halva qovrulur. Quran oxunub qurtarandan sonra ehsana gələn
hər bir kəsə həmin halvadan müəyyən
qədər pay, bir də sağ təndir çörəyi
verilir. Ehsanda çalınmış halva hüzrə
gələn adamların hamısına paylanır.
Yeyəndə hökmən Allah qəbul eləsin
deməlidirlər. Yeddisindən sonra qırxı
verilir. Qırxında həm heyvan kəsilir, həm
də halva qovrulur. Müxtəlif yeməklər
hazırlanır. Yeyirlər, öləni yad edirlər.
Yemək yeyib qurtarandan sonra molla quran oxuyur, dua verir.
Sonra ev yiyəsi hamı üçün qovrulmuş
halvadan pay bir dənə də sağ təndir
çörəyi verib yola salır. Qırxı
verilən günə kimi, həmin evdə qırx
gün gecə - gündüz işıq yanmalıdır.
Çünki deyilənlərə görə ölənin
ruhu hər gecə gəlin evini, ailəsini yad
edir.
Sonra məhrumun “əlli iki” gecəsi verilir. Bu
ehsan ondan ötrü verilir ki, həmən gün
ət sümükdən ayrılır.
Ən nəhayət, bir il tamam olanda məhrumun
ili verilir. İlində də heyvan kəsilir, müxtəlif
yeməklər hazırlanır. İl böyük
ehsan olduğu üçün kəndin bütün
adamları bu ehsana çağrılır.
Bütün bunlardan əlavə ilin ən əziz
günlərində və bayramlarda qohum - əqrəba
ölünü yad etmək üçün qəbir
üstə gedib kimi şam yandırır, xörək,
gül (cüt sayda), su və s. məhruma bayram
gətirirlər. Bir də qara bayramlarda yumurta gətirmək
adəti var ki, onu da qara rəngə boyayırlar.
Onda guya ölünün ruhu şad olur və həmin
şəxslər özlərinə savab qazanırlar.


